BaşlıcaSiyasət

Mirzoyan və Lavrov üçtərəfli sazişlərin icra prosesini müzakirə ediblər

Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan avqustun 2-də Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla telefon danışığı aparıb. Alınan məlumata görə, bu haqda Rusiya Federasiyasının Xarici işlər nazirliyi məlumatlandırıb.

Telefon danışığı zamanı 9 noyabr 2020-ci il noyabrın 9-da, 2021-ci il yanvarın  11-də  və  noyabrın 26-da olan  yüksək səviyyəli üçtərəfli sazişlərin icrası prosesi müzakirə olunub.

Xüsusilə Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin blokunun açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, Yerevanla Bakı arasında münasibətlərin tənzimlənməsi məsələlərində onların hərtərəfli və səmərəli şəkildə həyata keçirilməsinə dair öhdəlik bir daha təsdiq olunub..

İkitərəfli münasibətlər kontekstində Rusiya-Ermənistan münasibətlərinin hazırkı durumuna və gələcək yaxınlaşma perspektivlərinə, o cümlədən Ermənistanın Baş naziri Nikol Paşinyanın aprelin 19-20-də Rusiyaya rəsmi səfərinə, KTMT-nin mayın 16-da keçirilmiş sammiti çərçivəsində əldə olunmuş razılaşmaların kontekstində onun həyata keçirilməsinə xüsusi diqqət yetirilib.

İrəvanla Moskva arasında ümumi Avrasiya inteqrasiya strukturları çərçivəsində əməkdaşlığın yüksək səviyyədə olması məmnunluqla vurğulanıb. Qarşıdan gələn ikitərəfli tədbirlərin planları müzakirə edilib.

Daha çox göstər
Back to top button