
ER Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Bu barədə Kremlin rəsmi saytı məlumatlandırıb.
Telefon danışığı zamanı Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında Dağlıq Qarabağ üzrə 2020-ci il noyabrın 9-da , 2021-ci il yanvarın 11-də və noyabrın 26-da olan üçtərəfli sazişlərin həyata keçirilməsinin ayrı-ayrı praktiki aspektləri müzakirə olunub.
Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi ilə bağlı şərtləşmə əldə olunub.