BaşlıcaSiyasət

RF hərbçiləri Ermənistanın hərbi təlim mərkəzlərində kompleks təlimlər keçirir

Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazasının hərbçiləri “Alağyaz” yüksək dağlıq hərbi poliqonda səhra nəzarət məntəqələri yaradacaq və tabeliyində olan bölmələrlə sabit rabitəni təmin edəcəklər.

Cənub Hərbi Dairəsinin (CHD) mətbuat xidmətindən bildirilib ki, mütəxəssislər texnikanın köməyi ilə idarəetmə məntəqələrini lazımi qaydada mühafizə edəcək, ən son nəsil rabitə sistemlərinin və avadanlıqlarının işini yoxlayacaqlar.

Təlim proqramına səhra nəzarət məntəqələrinin mühafizəsini təmin etmək üçün tapşırıqların hazırlanması daxil ediləcək.

CHD-nin mətbuat xidməti onu da bildirir ki, Gümrü və Yerevan qarnizonlarının ərazilərində hərbi bazanın yanğınsöndürmə briqadası ilə xüsusi təlim keçirilib.

Yanğınsöndürmə briqadaları təsadüfi yanğını aşkar etmiş, şərti yanğının mənbəyini tapmış, müasir rabitə vasitələrinin köməyi ilə siqnalizasiya sistemi yoxlanılmışdır.

“Alagyaz” və “Kəmxud” hərbi təlim mərkəzləri, “Erebuni” hərbi hava limanı, o cümlədən Gümrü və Yerevan hərbi qarnizonlarında yerləşən 20-dən çox hərbi qəsəbə və xüsusi təyinatlı obyektlər  Ermənistanın    Rusiya hərbi bazalar birliyində daimi yanğın təhlükəsizliyinə hazırlıq rejimindədir.

Xüsusi təlimlərdə Rusiya hərbi bazasının 100-dən çox hərbçisi iştirak edir, 20-yə yaxın hərbi və xüsusi texnika işə salınıbdır.

Daha çox göstər
Back to top button