ArtsaxBaşlıcaSiyasət

Azərbaycan tərəfi təcavüzə görə məsuliyyəti rəsmi və açıq şəkildə öz üzərinə götürüb: Ararat Mirzoyan

Avqustun 4-də ER xarici işlər naziri Ararat Mirzoyan Ermənistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərlərini qəbul edib.

Nazir Mirzoyan səfirlərin diqqətini Azərbaycanın son günlər Dağlıq Qarabağda təxribat və təcavüzkar hərəkətləri nəticəsində yaranmış vəziyyətə cəlb edib.

O qeyd edib ki, Azərbaycan silahlı qüvvələri Ermənistan, Rusiya və Azərbaycan liderlərinin imzaladığı 9 noyabr üçtərəfli bəyanatını növbəti dəfə pozaraq, Rusiya sülhməramlı qoşunlarının məsuliyyət zonasında təxribata əl atıblar. Nəticədə Dağlıq Qarabağ Müdafiə Ordusunun 19 hərbçisi yaralandı, iki hərbçi isə həlak oldu.

ER xarici işlər naziri vurğulayıb ki, Azərbaycan tərəfi rəsmi və açıq şəkildə təcavüzə görə məsuliyyəti öz üzərinə götürüb və bunu Azərbaycan Müdafiə Nazirliyinin və Xarici İşlər Nazirliyinin bəyanatları, habelə Dağlıq Qarabağda yerləşən Rusiya sülhməramlı qüvvələri tərəfindən qeydə alınan pozuntular sübut edir.

Nazir Mirzoyan qeyd edib ki, Azərbaycanın əl atdığı təcavüzdən əvvəl Rusiya sülhməramlılarına Laçın dəhlizi üzərində nəzarətin verilməsi ilə bağlı məktub göndərilib və bu məktuba əsasən, Azərbaycan tərəfi Laçın dəhlizi ilə hazırda fəaliyyət göstərən marşrutu dəyişməyi planlaşdırır, lakin bu, 9 noyabr üçtərəfli bəyanatının kobud şəkildə pozulmasıdır.

Ararat Mirzoyan vurğulayıb ki, Azərbaycan hakimiyyəti erməni tərəfinin regionda sabitlik və sülh əldə etmək cəhdlərinə anti-erməni ritorikası, aqressiv bəyanatları və açıq güc tətbiqi hədələri ilə cavab verir.

O, Azərbaycan tərəfinin Dağlıq Qarabağda etnik təmizləmə aparma siyasətini qəbuledilməz hesab edib.

XİN başçısı 44 günlük müharibənin yaratdığı və hələ də həll olunmamış humanitar problemlərə də toxunub.

Mirzoyan Ermənistan tərəfinin ATƏT-in Minsk Qrupunun həmsədrliyinin mandatı şərşivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeyini bir daha təsdiqləyib.

Həmçinin vurğulanıb ki, Ermənistan tərəfinin Cənubi Qafqazda sülhə nail olmaq gündəliyinə dəstək vermək üçün beynəlxalq ictimaiyyətin koordinasiyalı və yekdil dəstəyi lazımdır.

Daha çox göstər
Back to top button