
ER Ombudsmanı Kristine Qriqoryan Artsaxda baş verən son hadisələrlə bağlı bəyanat yayıb.
“2022-ci il avqust 1-3-də Azərbaycan tərəfi Artsaxın müxtəlif istiqamətlərində Rusiyanın sülhməramlı missiyasının məsuliyyəti zonasında müxtəlif çaplı silahlardan, qumbaraatanlardan və pilotsuz uçuş aparatlarından istifadə etməklə təcavüzkar hərbi əməliyyatlar həyata keçirib.
Bu hərəkətlər beynəlxalq hüququn gücdən istifadənin və güc tətbiqi ilə hədələmənin qadağan edilməsinə dair məlum prinsipləri, habelə 2020-ci il 9 noyabr tarixli üçtərəfli bəyanatı ilə Azərbaycan dövlətinin üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozur.
Azərbaycanın bu cinayətkar davranışı qınanmalıdır, o, sülhün ən mühüm komponenti olan Artsaxda yaşayan insanların yaşamaq hüququnun hər hansı təminatını birbaşa təhdid edir.
Bu cinayət əməllərinə dərhal son qoyulmalıdır. İşlərin coğrafiyasından və tərəflərin hərbi-siyasi ambisiyalarından asılı olmayaraq, mülki əhalinin həyatına və digər hüquqlarına edilən bu qəsd düz qiymətləndirilməlidir.
Mən Minsk Qrupunun həmsədr ölkələrinin səfirlərinə, münaqişənin həllində iştirak edən digər beynəlxalq aktorlara müraciət edirəm ki, Artsaxın mülki əhalisinin yaşamaq hüququnun həqiqətən təmin olunması istiqamətində maksimum səy göstərsinlər”.