BaşlıcaSiyasət

Azərbaycanın tələbi qanunsuzdur:Armen Qriqoryan

Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan vurğuladı ki, Laçin dəhlizi əvəzinə Artsaxı Ermənistanla birləşdirən nəqliyyatın başqa marşrutla təşkil edilməsi ilə bağlı Azərbaycanın tələbi legitim deyildir.

Armen Qriqoryan bu kontekstdə 2020-ci ildə ER Baş nazirinin, Rusiya Federasiyasının Prezidentinin və Azərbaycan prezidentinin imzaladığı bəyanatı xatırlatdı. O Qeyd etdi ki, bəyanata əsasən, tərəflərin razılığı ilə yaxın üç il ərzində Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçin dəhlizi ilə yeni nəqliyyat marşrutu üçün plan müəyyən ediləcək və həmin marşrutun qorunması üçün Rusiya sülhməramlı kontingenti yenidən yerləşdiriləcək.

“Bu müddət ərzində təbii ki, bu istiqamətdə müəyyən işlər görülüb, lakin hələlik razılaşdırılmış plan yoxdur. Ermənistan heç bir planla razılıq verməyib, ona görə də Azərbaycanın tələbi legitim deyildir”,- deyə o qeyd etdi.

Kornidzor-Teğ magistral yolunun bərpa işləri ilə bağlı sualını cavablandıran Armen Qriqoryan qeyd etdi ki, o tikinti artıq başlayıb.

“Amma nəzərə alın ki, üçtərəfli bəyanatda yeni marşrut xəttinin tikintisi planı qeyd olunub. Belə razılaşdırılmış plan yoxdur. Ermənistan Respublikası üçtərəfli formatda planı razılaşdırıb imzalamağı və razılaşdırılmış qrafik və yol xəritəsi ilə irəliləməyi təklif edib. 2020-ci ilin noyabrın 9-da imzalanmış üçtərəfli bəyanatla nəzərdə tutulan budur.

Daha çox göstər
Back to top button