Başlıcaİctimaiyyət

Bir qrup dindar aktivist Azərbaycanın Londondakı səfirliyinə basqın edərək bayrağı endiriblər

Londonda bir qrup dindar aktivist Azərbaycan səfirliyinin binasına hücum edərək Azərbaycan bayrağını endiriblər. “Metro” xəbər verir ki, 8 nəfər həbs edilib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə dindarlar Azərbaycanın Kensinqtondakı səfirliyinin eyvanından öz bayraqlarını dalğalandırıb, divara ərəbcə şüarlar vurub və Azərbaycan bayrağını endiriblər.

Bakının müsəlman dindarlara qarşı siyasətinin əleyhdarları Azərbaycanın keçmiş və indiki prezidentləri Heydər və İlham Əliyevin portretlərini tapdalayıblar.

Bildirilib ki,Azərbaycanın Britaniyadakı səfirliyinə girənlər “The Mahdi Servants Union” adlı radikal dini qruplaşmanın üzvləridir.

Daha çox göstər
Back to top button