BaşlıcaSiyasət

Paşinyan:  “Biz azərbaycanlılara deyirik: ER sərhədini keçin, Naxicevana gedin, təhlükəsizliyi təmin edəcəyik”

“Azərbaycan bəyan edir ki, Ermənistan Azərbaycanın Qərb regionu ilə Naxicevan arasında əlaqəni təmin etmək öhdəliyinə sadiqdir. Bəli, biz bu müddət ərzində də bu əlaqəni təmin etməyə hazırıq” –  deyə Baş nazir Nikol Paşinyan avqustun 4-də Nazirlər kabinetinin iclasında bildirib.

“Azərbaycandır ki,  bizim verdiyimiz imkanlardan istifadə etmir. Biz bu gün də deyirik ki, ER qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, sərəncamda olduğu kimi, gəlin Ermənistanın sərhədini keçin və Azərbaycana gedin.

Bizim də hələ keçən ildən gömrük xidməti məntəqəsi və sərhəd xidməti məntəqəsi var və biz Azərbaycana demişik ki, istənilən vaxt bu məntəqələr Naxicevanla keçib əlaqə yarada bilər.

Yeni salınan yollara gəlincə, üçtərəfli bəyanatda açıq şəkildə qeyd olunur ki, bu, iki ölkənin razılığı ilə baş verməlidir. Biz deyirik ki, həmin yolların marşrutu ilə bağlı məsələnin müzakirəsi ikinci məsələdir, birincisi hüquqi prosedurların yaradılması və fəaliyyət göstərməsidir.

Bu gün Azərbaycan bir neçə nöqtədə Ermənistan sərhədini keçərək Naxicevana gedə bilər. Bunu hərfi mənada şərh etsək, bildirilir ki, Azərbaycanın “Qərb rayonlarının Naxicevanla əlaqəsini təmin etməliyik.

Azərbaycanın ən Qərb bölgəsi Qazax rayonudur, biz hazırıq, gəlsinlər, keçib  Naxicevana getsinlər.

Biz ER  qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təhlükəsizliyə zəmanət veririk. Vardenis sektorunda, Sisian sektorunda, Yerasx sektorunda, Goris sektorunda da təmin edə bilərik.

Bu müddət ərzində Azərbaycan bundan yararlanmağa belə cəhd etməyibdir” – deyərək  Paşinyan qeyd edib.

Daha çox göstər
Back to top button