Başlıcaİctimaiyyət
“Mehdinin Qulluqçuları Birliyi” təşkilatı Azərbaycan səfirliyinə hücumun səbəblərini açıqlayıb

Şiə təşkilatı “Mehdinin Qulluqçuları Birliyi” avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə qarşı aksiyanın “Azərbaycan prezidenti İlham Əliyev və onun hökumətinə qarşı həyata keçirildiyini” təsdiqləyib. Bu barədə qurumun rəsmi saytında dərc olunmuş press-relizində deyilir.
Azərbaycan hökuməti əhalinin təqib edilməsinə, dindarların şəxsi azadlıqlarının və şəxsi həyatının pozulmasına görə məsuliyyət daşıyır, press-relizdə deyilir.
“Mehdi Qulluqçuları Birliyi”bu tipli etiraz aksiyaları keçirir və dünya ictimaiyyətindən şiə xalqlarının müdafiəsi üçün təcili tədbirlər görməsini və onlara əsas dini etiqad azadlığının verilməsini tələb edir”, – sənəddə deyilir.