BaşlıcaBeynəlxalq

ABŞ DQ-la bağlı bütün məsələlərin danışıqlar yolu ilə həllinin vacibliyini bir daha vurğuladı

Birləşmiş Ştatlar Dağlıq Qarabağ ətrafında intensiv döyüşlər barədə xəbərlərdən dərin narahatlığını ifadə edir. Alınan məlumata görə, bu haqda  ATƏT Daimi Şurasının Vyanada keçirilən xüsusi sessiyasında ABŞ-ın ATƏT-dəki missiyasının rəhbərinin müavini Kortni Austrian həmin döyüşlər nəticəsində itki və xəsarət alanların qeydə alındığını bildirib.

“Biz vəziyyəti diqqətlə izləyirik və gərginliyi azaltmaq və daha da gərginləşməmək üçün təcili addımlar atmağa çağırırıq.

Daimi Şurada dəfələrlə qeyd etdiyimiz kimi, Birləşmiş Ştatlar Dağlıq Qarabağla bağlı və ya ondan irəli gələn bütün digər məsələlərin danışıqlar yolu ilə, hərtərəfli və sabit həllinin vacibliyini vurğulayır” – deyə Ostrian bildirib.

O xatırladıb ki, ötən həftə ABŞ-ın dövlət katibi Entoni Blinken Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı aparıb, vəziyyəti gərginləşdirməyə və gərginliyi azaltmaq naminə birbaşa təmaslara başlamağa çağırıb.

 “Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında dialoqun qurulmasına və münaqişənin uzunmüddətli siyasi nizamlanmasına kömək etmək üçün həm ikitərəfli, həm də həmfikir tərəfdaşlarla, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədri ilə əlaqə saxlamağa hazırdır” – deyə ABŞ-ın ATƏT-dəki missiyasının rəhbərinin müavini bildirib.

Daha çox göstər
Back to top button