BaşlıcaSiyasət

Moskva Qarabağdakı sülhməramlı kontingentinə qarşı səsləndirilən bəzi tənqidlərini haqlı hesab etmir: RF XİN

Moskva Qarabağdakı sülhməramlı kontingentinə qarşı səsləndirilən bəzi tənqidlərini haqlı hesab etmir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev brifinqdə bildirib.

Onun sözlərinə görə, aktiv siyasi təmaslarla yanaşı, vəziyyəti sabitləşdirmək üçün lazımi səylərə təşəbbüs göstərən Rusiya sülhməramlıları ilə intensiv iş aparılır. “Həm Bakı, həm də Yerevan Rusiya sülhməramlı kontingentinin mühüm rolunu əvvəllər də bir neçə dəfə qeyd ediblər”.

Neçayev xatırladıb ki, avqustun 2-də və 8-də Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb. Xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu azərbaycanlı və erməni tərəfdaşlarla təmasda olub.

“Yuxarıda qeyd olunan bütün məsələlər, o cümlədən Laçın dəhlizi məsələsi Azərbaycan və Ermənistan tərəflərini qane edən həll yollarının tapılması üçün məsləhətləşmələrin predmetidir”, – deyən diplomat müzakirələrin təfərrüatlarını açıqlaya bilməyəcəyini qeyd edib. 

Daha çox göstər
Back to top button