Başlıcaİdman

Azarkeşlərin səsverməsi ilə Eduard Spertsyan Rusiyanın ən yaxşı gənc futbolçusu tanınıb

Ermənistan millisinin və Rusiya “Krasnodar”ının 22 yaşlı hücumçusu Eduard Spertsyan “Championat.com” saytında keçirilən sorğunun nəticələrinə görə Rusiyanın 2021/2022 mövsümünün ən yaxşı gənc futbolçusu seçilib. “Championat.com” xəbər verir ki, sorğu azarkeşlər arasında keçirilib.

Spertsyan 21 min 401 səs toplayaraq birinci yeri tutub. İkinci yerdə Moskva “Dinamo”sunun və Rusiya millisinin hücumçusu Arsen Zaxaryan qərarlaşıb. 18 min 982 azarkeş ona səs verib. “Axmat”ın futbolçusu Həmid Ağalarov 16 min 445 səslə üçüncü yerdədir.

Eduard Spertsyana mükafatı “Championat.com” saytının müxbiri Palina Kuimova təqdim edib.

“Mənim lehimə səs verən hər kəsə təşəkkür edirəm. Mən daha çox, daha fədakar və daha qüvvəylə çalışacağam” – deyərək Spertsyan qeyd edib.

Daha çox göstər
Back to top button