Başlıcaİctimaiyyət

Türkiyənin xüsusi nümayəndəsi “Surmalu”da partlayışla bağlı başsağlığı verib

Ermənistan-Türkiyə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç Yerevanın “Surmalu” ticarət mərkəzində baş verən güclü partlayışla bağlı həlak olanların yaxınlarına başsağlığı verib və xəsarət alanlara tezliklə sağalmağı arzulayıb.

Bu barədə Kılıç tviter səhifəsində yazıb.

“Mən həlak olanın ailəsinə səmimi başsağlığımı çatdırıram və bu faciə nəticəsində xəsarət alanların hamısının tezliklə sağalmasını arzulayıram”.

Qeyd edək ki, yazı dərc edərkən 1 qurban barədə məlum idi.

Daha çox göstər
Back to top button