Suren Papikyan “Dostluq evi” müsabiqəsi çərçivəsində açılan Ermənistan pavilyonuna da baş çəkib və təqdim olunan eksponatlarla tanış olubdur.
Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində ER Müdafiə naziri Suren Papikyan avqustun 15-də “Ordu-2022” hərbi sənaye sərgisini ziyarət edib, ən son silah nümunələri ilə tanış olub, bir sıra şirkətlərin rəhbərləri ilə görüşüb.
Müdafiə naziri həmçinin “Alabino” poliqonunda da olub, burada Ermənistanın tank biatlon komandası ilə söhbət edib.Bu haqda Ermənistan Respublikasının Müdafiə nazirliyindən məlumatlandırılıb.