Başlıcaİctimaiyyət
“Surmalu”da baş verən partlayışda ölənlərin sayı 16-ya çatıb: axtarış-xilasetmə əməliyyatları davam edir
“Surmalu” ticarət mərkəzində baş verən partlayış nəticəsində ölənlərin sayı 16-ya çatıb. “Armenpress”in məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
İdarənin məlumatında bildirilir ki, avqustun 16-sı saat 08:12-yə olan məlumata görə, yanğının söndürülməsi və axtarış-xilasetmə işləri davam etdirilir. Həlak olan 16 vətəndaşdan 10-nun şəxsiyyəti hələlik müəyyən edilməyib. Onların arasında bir hamilə qadın və azyaşlı uşaq da var.
Yerevan şəhərinin tibb məntəqələrinə 60 vətəndaş müraciət edib, onlardan 12 nəfərin müalicəsi davam edir, qalan 48 nəfərə isə müvafiq tibbi yardım göstərilərək evə buraxılıb.
18 vətəndaş itkin düşmüş hesab olunur.