BaşlıcaSiyasət

Ərdoğan Ukraynaya gedəcək

Avqustun 18-də Lvovda Ukrayna prezidenti Vladimir Zelenski, Türkiyə prezidenti Rəcəb Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreşin iştirakı ilə üçtərəfli sammit keçiriləcək.

“Səfər çərçivəsində Ukrayna taxılının dünya bazarlarına çıxarılmasına töhfə verəcək potensial addımların müzakirəsi planlaşdırılır”, – deyə Türkiyə prezidentinin saytında yerləşdirilən mesajda deyilir.

“Baş katib görüşlərdən sonra Odessanı ziyarət edəcək. Antoniu Quttereş həftə sonu Nyu-Yorka qayıtmazdan əvvəl İstanbula gedəcək və Qara dəniz taxıl təşəbbüsünün bir hissəsi kimi istifadə edilən üç limandan birini ziyarət edəcək. Baş katib İstanbulda Ukrayna, Türkiyə və BMT arasında imzalanan taxıl ixracı haqqında sazişin icası üçün ortaq koordinasiya mərkəzini də, ziyarət edəcək”- deyə BMT-nin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında deyib.

Daha çox göstər
Back to top button