Başlıcaİdman

“Azərbaycanımız yoxdur”: Tite Mbappenin Cənubi Amerika komandalarının səviyyəsi ilə bağlı sözləri haqqında

Braziliyanın baş məşqçisi Tite Kilian Mbappenin Cənubi Amerika komandalarının səviyyəsi ilə bağlı sözlərinə cavab verib.

Daha əvvəl PSJ-nin forvardı demişdi: “Cənubi Amerikada futbol Avropadan fərqli inkişaf edir. Ona görə də son dünya çempionatlarına nəzər salsanız, Avropa komandaları daim qalib gəlib”.

“Bəlkə Mbappe bu Millətlər Liqası və ya Avropa yoldaşlıq görüşləri haqqında danışır, amma Dünya Çempionatına vəsiqə haqqında deyil.

Bütün hörmətlə deyirəm ki, bizdə Azərbaycan yoxdur. Nəfəs ala biləcəyiniz matçlarımız yoxdur. Cənubi Amerikadakı seçim Avropadakı qrup mərhələsi seçimindən qat-qat çətindir”, – deyə Tite bildirib.

Daha çox göstər
Back to top button