BaşlıcaSiyasət

Ayvazyan: “Əliyevə xatırladacağıq ki, Bakının yerli ermənilərinin 100 milyard dollarlıq mülkiyyət hüquqları nə oldu?”

Berdzor və Ağavnonun əhalisinin azalması nə təhlükədir? Lragir.am saytı mövzu ətrafında Azərbaycan Erməniləri Assambleyasının sədri Qriqori Ayvazyanla danışıb.

Ayvazyanın sözlərinə görə, əgər biz Berdzorun avqustun 25-də boşaldılmasına inanırıqsa, niyə Hadrut məsələsini danışıqlar masasına qoymuruq?

“İlham Əliyev Artsax və Artsax ermənilərinin taleyindən, yəni soyqırımından danışıb. O bildirib ki, Artsax ermənilərinin heç bir statusu olmayacaq.

Onun şəsən özü deyir ki, Artsax vətəndaşlarının statusu olmayacaq, onlar Azərbaycan vətəndaşları kimi bərabər hüquqlara malik olacaqlar.

 İlham Əliyevə xatırlatmalıyıq ki, Bakıda yarım milyon erməni yaşayırdı, onların Azərbaycan pasportları haradadır, 100 milyard dollarlıq mülkiyyət hüquqları haradadır? Bir Bakılının haqqı ilə soruşuram:

Bakının mərkəzində bizim mənzillərimiz haradadır? Əgər o, Artsax vətəndaşlarına pasport paylamaq istəyirsə, niyə Bakıda bizim mülkiyyət hüquqlarımız qorunmur?.

 Əliyevin açıqlamaları yalandır, bu, yeni soyqırıma hazırlıqdır”- deyərək Qriqori Ayvazyan bildirib.

Onun fikrincə, burada bərabərlik işarəsi qoyulmalıdır, əgər bu haqda danışırlarsa, onda qoy yarım milyon erməninin paytaxt Bakıya qayıtmasına hazırlaşsınlar.

Daha çox göstər
Back to top button