BaşlıcaSiyasət

İranın Ermənistana dənizə çıxışı ilə bağlı mesajı: Qonşu nə planlaşdırıb?

İran tərəfi Ermənistan da daxil olmaqla, dənizə çıxışı olmayan səkkiz ölkənin tranzit ehtiyaclarını ödəməyə hazır olduğunu bildirib. Ermənistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Əfqanıstan da daxil olmaqla, dənizə çıxışı olmayan 32 inkişaf etməkdə olan ölkədən səkkizinin İranla sıx ikitərəfli və çoxtərəfli tranzit əlaqələri var.

Armen Manvelyan, enerji geosiyasəti və beynəlxalq təhlükəsizlik məsələləri üzrə mütəxəssi:

“Radiolur”un həmsöhbəti, enerji geosiyasəti və beynəlxalq təhlükəsizlik məsələləri üzrə mütəxəssis Armen Manvelyanın fikrincə, İranın hazırlığı Türkiyə-İran rəqabəti çərçivəsində nəzərdən keçirilməlidir.

Qlobal geosiyasi dəyişikliklər kontekstində həmin ölkə özünü bacarıqla yenidən yerləşdirməyə çalışır.

Ermənistanın son 30 ildə dənizə çıxışı olmayıb, çünki Ermənistanın Qara və Aralıq dənizlərinə çıxışını təmin edə bilən Türkiyə Ermənistanı faktiki olaraq BMT konvensiyaları ilə müəyyən edilmiş hüquqlardan məhrum edərək sərhədləri bağlayıbdır.

Dənizə çıxışı olmayan 8 ölkənin tranzit ehtiyaclarını ödəmək üçün İranın təklifindən istifadə regional əməkdaşlıq formatında nəyi dəyişəcək?

“Radiolur”un həmsöhbətinin sözlərinə görə, İran tərəfinin bəyanatında həm iqtisadi, həm də aydın siyasi tərkib var.

“Bununla İran xoş niyyət nümayiş etdirərək adıçəkilən 8 ölkənin “böyük dənizə” çıxmasını təmin edir. Region ölkələri arasında Özbəkistan ən həssas vəziyyətdədir, həmin ölkə ikiqat blokadada olan ölkə statusuna malikdir.

Çünki Özbəkistanın bütün qonşu dövlətləri dənizə çıxışı olmayan ölkələrdir, ona görə də bu kontekstdə İrandan gələn belə bir təklifdən yararlanmaq imkanı önəmlidir”.

Ticari-iqtisadi komponentdən danışan enerji geosiyasəti və beynəlxalq təhlükəsizlik məsələləri üzrə mütəxəssis Armen Manvelyan dənizə çıxışın qiymətini qeyd edir və bunun da böyük əhəmiyyət kəsb etdiyini deyir.

Ekspert hesab edir ki, sərfəli qiymət qoyulsa, çoxları İran tərəfinin təklifindən yararlanacaq.

Ermənistan nə qazana bilər?

“Ermənistan əsas ticarət dövriyyəsini Rusiya ilə, qismən də AB ilə təşkil edir. Ermənistan tərəfinin də bu istiqamətdən yararlana bilməsi üçün biz Hindistan və Çin bazarlarında fəal rol oynamalıyıq.

Hazırda,Ermənistan yalnız Gürcüstan yolundan istifadə edir, Gürcüstan yeganə ölkədir ki, bizə dənizə çıxış və limanlardan istifadə etmək imkanı verir.

Fars körfəzindən Cənuba gedən dəmir yollarından istifadə etmək üçün müəyyən məsələləri həll etmək lazımdır. Logistik problemlər, xüsusilə Şimal-Cənub magistralının tikintisini başa çatdırmaq, bundan sonra malların bir hissəsini Asiya bazarlarına göndərmək mümkün olacaq”.

Armen Manvelyanın fikrincə, əgər bu problemlər dövlət səviyyəsində həll olunarsa, Ermənistan tərəfi nəzərəçarpacaq fayda əldə edəcəkdir.

Beynəlxalq konvensiyalar nəyi müəyyənləşdirir?

İlk dəfə olaraq dənizə çıxışı olmayan dövlətlər məsələsi 1965-ci ildə Nyu-Yorkda imzalanmış Qitədaxili dövlətlərin tranzit ticarəti haqqında Konvensiyada ciddi şəkildə öz əksini tapmışdır.

Bu günə qədər bir sıra beynəlxalq təşkilatlar, o cümlədən, bu məsələ ilə bağlı bir çox saziş və sənədlər qəbul edilmişdir. Mövcud konvensiyalara və Birləşmiş Millətlər Təşkilatının müxtəlif illərdə qəbul etdiyi qətnamələrə əsasən, qitə dövlətləri beynəlxalq hüququn tamhüquqlu subyektləri kimi dünya Okeanı ilə bağlı bütün məkanlardan, müəyyən edilmiş hüquqi əsaslarla və ehtiyatlardan istifadə etmək hüququna malikdirlər.

Daha çox göstər
Back to top button