Başlıcaİctimaiyyət

“Surmalu” ticarət mərkəində baş vermiş partlayış nəticəsində 4 nəfərin xəstəxanalarda müalicəsi davam edir

Avqustun 14-də Surmalu ticarət mərkəzində baş vermiş partlayışdan sonra xəsarət alan 4 vətəndaşın tibb müəssisələrində müalicəsi davam edir. Onların vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir.
Bu barədə ER Səhiyyə naziri Anahit Avanesyan bildirib.

“Ümumilikdə partlayışdan sonra müxtəlif bədən xəsarətləri alan 62 vətəndaş xəstəxanaya çatdırılıb və ya tibb məntəqələrinə müraciət edib, onlardan 58-i sağaldıqdan sonra evə buraxılıb.

Hamıya tam tibbi yardım göstərilib. Onların əksəriyyəti elə ilk gün yerindəcə tibbi yardım aldıqdan sonra evə göndərilib. Kimə əlavə müdaxilələr, əməliyyatlar lazım idisə, hər şey uğurla həyata keçirilib”, – Avanesyan bildirib.

Daha çox göstər
Back to top button