Artsaxİctimaiyyət

Beynəlxalq ictimaiyyətin Azərbaycanı Artsaxın etnik təmizləmə siyasətindən geri çəkilməyə məcbur etməsi çox vacibdir: Ombudsman

Beynəlxalq ictimaiyyətin müharibədən sonrakı Artsaxda humanitar problemlərin ciddiliyini dərk etməsi və Azərbaycanı öz təcavüzkar siyasətindən və Artsaxın etnik təmizləmə siyasətindən geri çəkilməyə məcbur etməsi çox vacibdir. Bu barədə Artsaxın Ombudsmanı Geğam Stepanyan qeyd edti.

“Hər il Ümumdünya Humanitar Günü böhrandan təsirlənən insanların sağ qalması, rifahı və ləyaqətini dəstəkləmək üçün humanitar sistemdəki tərəfdaşları bir araya gətirir.

2020-ci ilin sentyabrın 27-də Artsax Respublikasına qarşı başladılan müharibə nəticəsində ölkədə humanitar böhran yaranıb – minlərlə qurban və əlil, o cümlədən dinc sakinlər və uşaqlar, 40 minə yaxın məcburi köçkün, hərbi əsir, onlardan bəziləri hələ də qeyri-qanuni olaraq Azərbaycanda naməlum şəraitdə saxlanılır. Bu statistikanın arxasında həyatı tamamilə dağılmış, taleyi tamamilə qeyri-müəyyən olan fərdlər, ailələr var.

2020-ci ilin noyabrın 10-də imzalanmış atəşkəs bəyanatı ilə hərbi əməliyyatların aktiv fazası dayandırılıb, lakin bu, Azərbaycan tərəfindən təhlükəsizlik və insan hüquqlarının yeni kobud şəkildə pozulması hallara, o cümlədən mülki əhalinin girov götürülməsi və öldürülməsi ilə hədələnməsi, mülki şəxslərin öldürülməsi halları (hələ də cəzasız qalır), mülki infrastrukturun qəsdən pozulması və ciddi humanitar nəticələrə səbəb olan hadisələrə gətirib çıxarıb. Bütün bunlar Azərbaycan prezidentinin ictimai çıxışlarında dövlət səviyyəsində ermənilərə qarşı nifrətlə dolu sözlərlə müşayiət olunur.

Bu gün mən mövcud humanitar problemlərin aradan qaldırılması üçün Artsaxa dəstək olan hər kəsə öz minnətdarlığımı bildirmək istəyirəm.

Mən bir daha humanitar sistemin bütün beynəlxalq təşkilatlarını Artsax xalqının əzablarını yüngülləşdirmək üçün öz iradəsini və resurslarını səfərbər etməyə çağırmaq istəyirəm. BMT və humanitar mandata malik digər beynəlxalq təşkilatlar bu məsələlərlə bağlı beynəlxalq məlumatlılığın və fəaliyyətin təşviqində böyük rol və məsuliyyətə malikdirlər”,- deyə Geğam Stepanyan qeyd etdi.

Daha çox göstər
Back to top button