BaşlıcaEkonomika

Rusiya Azərbaycan, Çin, Misir və Tailandda “Mir” kartından istifadəni müzakirə edir

Rusiya Xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib ki, Rusiya bir sıra ölkələrdə “Mir” ödəniş sisteminin tətbiqi ilə bağlı danışıqlar aparır.

Azərbaycan, Bəhreyn, Misir, Hindistan, Çin, Kuba, Myanma, Nigeriya və Tailand ilə danışıqlar müxtəlif mərhələlərdədir.

“Bütün Rusiya müştərilərinin ən böyük beynəlxalq kart ödəniş sistemləri tərəfindən əsassız şəkildə bloklanması “Mir” kartlarının istifadə coğrafiyasının genişləndirilməsi önəmlitini artırıb. Biz bu istiqamətdə fəal işləyirik” –  deyə  Pankin TASS-a bildirib.

“Mir” kartları Türkiyə, Vyetnam, Ermənistan, Özbəkistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Cənubi Osetiya və Abxaziyada qəbul edilir.

“Kommersant”ın müəyyən etdiyi kimi, sanksiyalar altında olmasına baxmayaraq, Türkiyədə, o cümlədən Rusiyanın ən böyük banklarının kartları ilə ödəniş etmək mümkündür.

Daha çox göstər
Back to top button