ArtsaxBaşlıcaİctimaiyyət

Müharibədən sonra Arstaxda ümumilikdə 20-dən çox sosial proqram həyata keçirilib

Müharibədən sonra Artsaxda sosial məsələlərlə məşğul olan qurum adını dəyişdi, siyasətini və strategiyasını yenidən nəzərdən keçirdi. Sosial təminatla yanaşı, nazirlik vətəndaşların məşğulluğu üçün mümkün olan hər şeyi edir

Artsaxın Şuşi şəhərindən didərgin düşmüş Vova Avagyanın Şuşidə öz emalatxanası var idi.
O, müharibədən sonra, Artsaxa, Stepanakert şəhərinə qayıdıb və Sosial İnkişaf Fondunun köməyi ilə yenidən öz emalatxanasını yaradıb.

Artsaxın sosial inkişaf və miqrasiya nazirinin müavini Aram Verdyan qeyd edir ki, nazirlik sosial təminatdan başqa, sakinlərə öz bizneslərini və məşğulluq mərkəzlərini yaratmağa kömək etməyə çalışır.

Həyata keçirilən proqramlar Ermənistan Respublikasının Əmək və Sosial İşlər Nazirliyi ilə birgə həyata keçirilib.Ermənistan Respublikasının Əmək və sosial məsələlər nazirinin müavini Davit Xaçatryan bildirib ki, 2020-ci ildə müharibədən sonra ümumilikdə 20-dən çox sosial proqram həyata keçirilib. Həyata keçirilən proqramlar üçün təxminən 136 milyard ayrılıb.

Müharibədən sonra Artsaxın 46 min vətəndaşı evindən didərgin düşüb, onlardan təxminən 26 sakin Artsaxda yaşamaq və ölkəni inkişaf etdirmək üçün Vətənə qayıdıb.

Daha çox göstər
Back to top button