Başlıcaİctimaiyyət

Ümumerməni Jurnalistlər Konfransının  2023-cü ilin yazında keçirilməsi planlaşdırılır

Avqustun 19-da Yerevanda, Ermənistan Ümumerməni Jurnalistlərin Konfranslarının Koordinasiya Şurasının növbəti iclası keçirilib.

İclasda Ermənistan Jurnalistlər Birliyinin prezidenti və “168 saat” qəzetinin baş redaktoru Satik Seyranyan, “Armenpress” dövlət xəbər agentliyinin keçmiş və indiki direktorları Aram Ananyan və Narine Nazaryan və digər müdia nümayəndələri iştirak ediblər.

“Armenpress”in məlumatına görə, Ümumerməni Jurnalistlərin Konfranslarının Koordinasiya Şurasından bildirilib ki, gündəliyə aşağıdakı məsələlər daxil edilib: regional onlayn məsləhətləşmə sessiyalarının hesabatı, koordinasiya şurasının tərkibinin mərhələli şəkildə tamamlanması, konfransın tarixinin dəqiqləşdirilməsi. qarşıdan gələn ümumerməni konfransı, jurnalistləri, gənc jurnalist kadrlarını birləşdirən təşkilatın qeydiyyatının hüquqi məsələləri, təlim proqramı layihələrinin təqdimatı.

İclasda növbəti konfransın 2023-cü ilin yazında təşkil edilməsi qərara alınıb. Konfransla bağlı digər detallar koordinasiya şurasının 2022-ci ilin noyabrında keçiriləcək iclasında müzakirə olunacaq.

Daha çox göstər
Back to top button