BaşlıcaSiyasət

Ararat Mirzoyan Fransanın Xİ naziri ilə söhbətində Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin vətənə qaytarılmasının vacibliyini vurğulayıb

XİN-in məlumatına görə, avqustun 24-də ER Xarici işlər naziri Ararat Mirzoyan Fransanın Xarici işlər naziri Ketrin Kolonna ilə telefon danışığı aparıb.

Nazir Mirzoyan avqustun 18-də Korsikada baş vermiş fırtına nəticəsində insan tələfatı ilə əlaqədar Fransa tərəfinə başsağlığı verib. Nazir Kolonna da öz növbəsində Ermənistan tərəfinə  Sürmalu Ticarət mərkəzində baş vermis  partlayış nəticəsində  insan tələfatı ilə bağlı başsağlığı verib yaralılarasa tezliklə  şəfa diləmişdir.

.

Ararat Mirzoyan və Katrin Kolonna Ermənistan-Fransa xüsusi münasibətlərinin yüksək səviyyəsindən məmnunluq ifadə ediblər.

Bu kontekstdə konkret layihələrin həyata keçirilməsi yolu ilə qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi və ikitərəfli gündəliyin zənginləşdirilməsi istiqamətində fəal addımlar atmağa hazırıq.

Telefon danışığı zamanı regional təhlükəsizlik və sabitlik məsələləri müzakirə olunub. Nazir Mirzoyan həmkarına Ermənistan tərəfinin Dağlıq Qarabağ münaqişəsi, Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması və regional sülhün bərqərar olunması ilə bağlı yanaşmalarını təqdim edib.

Tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin təşviqində ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın rolunu vurğulayıblar.

Ermənistan Respublikasının Xarici işlər naziri 44 günlük müharibənin yaratdığı humanitar problemlərin həllinə toxunaraq, Azərbaycanda qeyri-qanuni saxlanılan erməni hərbi əsirlərin və mülki şəxslərin öz vətənlərinə qaytarılmasının, zorakılıqla həyata keçirilən müharibənin taleyinin üzə çıxarılmasının vacibliyini vurğulayıb. Eyni zamanda itkin düşmüş şəxslərin  talehinin araşdırılması məsələsinin mühümlüyünü  vurğulamışdır.

Daha çox göstər
Back to top button