BaşlıcaEkonomika

Avropa İttifaqı Ermənistanın ikinci ən böyük ticarət tərəfdaşıdır: Andrea Viktorin

Ermənistanın son illərdəki iqtisadi inkişafı ölkənin Dünya Bankının təsnifatına uyğun olaraq aşağı-orta gəlirli ölkələr səviyyəsindən yüksək-orta gəlirli ölkələr səviyyəsinə keçməsinə imkan verib. Bu, Ermənistanda iqtisadi artımın qeydə alındığını sübut edir.

Bunu Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Andrea Viktorin “Armenpress”ə müsahibəsində bildirib.

Səfir vurğulayıb ki, Avropa İttifaqının Ermənistan üçün ötən il başa çatan GSP+rejimi ölkənin davamlı inkişafına dəstək vermək məqsədi daşıyırdı.

“Hazırda Avropa İttifaqı Ermənistanın Rusiyadan sonra ikinci ən böyük ticarət tərəfdaşıdır. Normativ mühiti təkmilləşdirmək və daha yüksək istehsal standartlarını müəyyən etmək üçün əməkdaşlığımıza Avropa və Ermənistan istehsalçılarına fayda verəcək yeni mexanizmlər daxildir. Biz erməni şirkətlərini əmtəə və xidmətlərin satışını artırmağa təşviq edirik ki, bu da Ermənistanda iqtisadi artıma və yeni iş yerlərinin yaradılmasına töhfə verəcək”, – səfir Andrea Viktorin bildirib.

Daha çox göstər
Back to top button