Başlıcaİctimaiyyət

Biz Azərbaycanda vətəndaşlara qarşı zorakılıq, o cümlədən hücumlar və digər təzyiq formalarından dərin narahatıq: Dövlət Departamenti

“Biz Azərbaycanda konstitusion hüquqlarından istifadə edən vətəndaşlara qarşı zorakılıq, o cümlədən hücumlar və digər təzyiq formalarından dərin narahatıq.”

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü avqustun 24-də Turan agentliynin itimai fəal Bəxtiyar Hacıyevə qarşı son hücumla baglı sorğusuna cavab olaraq bildirib.

Dövlət Departamentinin sözçüsü əlavə edib: “Biz hakimiyyəti bütün bu kimi hadisələri, o cümlədən Bəxtiyar Hacıyevin bu yaxınlarda bildirdiyi hadisələri araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırırıq.”

“Və biz bir daha hökuməti öz vətəndaşlarının hüquqlarına, o cümlədən fikirlərini dinc ifadə etmək hüququna hörmət etməyə çağırırıq” sözçü qeyd edib.

Xatırladaq ki, Bəxtiyar Hacıyev bildirib ki, avqustun 22-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin mülki geyimli əməkdaşları onu Bakıda küçədə zorla saxlayıb, 6 saat saxlayıb və “Facebook” sosial şəbəkəsində daxili işlər nazirini tənqid edən yazılarını sildikdən sonra sərbəst buraxıblar.

Bundan öncə, 2022-ci ilin aprelindədə Haciyev mülki geyimli şəxslər tərəfindən oğurlanaraq döyülmüşdü və onlayn yazılara görə sorğu-sual edilmişdi.

Hacıyev son hadisədən sonra Azərbaycan vətəndaşlığından çıxmaq üçün rəsmi ərizə verib.

Daha çox göstər
Back to top button