Başlıcaİctimaiyyət

Dünyanın ən parlaq ağılları Zvartnots Katedralında STARMUS çərçivəsində 108 dəqiqəlik müzakirə keçirəcəklər

STARMUS VI festivalının əsas tədbirlərindən biri olan 108 dəqiqəlik uzun dəyirmi masa müzakirəsi sentyabrın 6-da Zvartnots Katedralinin ərazisində keçiriləcək.

Müzakirələrdə Nobel mükafatı laureatları, astronavtlar və alimlər iştirak edəcək, onların yekun siyahısı daha sonra açıqlanacaq.

Niyə 180 dəqiqə?

Müzakirə formatının ideyası ilk STARMUS festivalı zamanı yaranıb, çünki bəşəriyyət tarixində ilk uçuşu zamanı Yuri Qaqarin Yerin orbitində düz 108 dəqiqə keçirdi.

Bu tarixi faktı nəzərə alan festivalın təşkilatçıları müzakirəni düz 108 dəqiqə davam etdirmək qərarına gəliblər.

Daha çox göstər
Back to top button