BaşlıcaEkonomika

Ermənistanın iqtisadi aktivlik indeksinin artım tempi sürətləndi

Ermənistanda iqtisadi fəallığın artım tempi sürətlənib. İyul ayında əvvəlki ilin eyni ayına nisbətən iqtisadi aktivlik indeksi 19,4% artıb.

Bu barədə məlumatı Statistika Komitəsi yaydı. İyun ayında iqtisadi fəallığın 18,3%, may ayında 13% təşkil edib. Ötən ilin müvafiq ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi sahəsində 67,1 faiz artım qeydə alınıb. İxrac 82,2 faiz, idxal 58,8 faiz artıb.

Sənaye məhsulunun həcmi 13,7 faiz, tikintinin həcmi 16,8 faiz, ticarət dövriyyəsi 21,3 faiz, xidmətlərin həcmi 30,6 faiz, elektrik enerjisi istehsalı 15,6 faiz artıb.

Ümumilikdə bu ilin yanvar-iyul aylarında iqtisadi aktivlik göstəricisi 13,1% artıb.

Daha çox göstər
Back to top button