BaşlıcaİctimaiyyətSiyasət

“Sülh döyüşçüsü” beynəlxalq ordu oyunları başa çatıb

Avqustun 25-də “Sülh döyüşçüsü” beynəlxalq ordu oyunlarının bağlanış mərasimi keçirilib. Tədbirdə Ermənistan Respublikası müdafiə nazirinin müavini Arman Sargsyan, Rusiya Federasiyası müdafiə nazirinin müavini, general-polkovnik Viktor Goremikin, yüksək rütbəli hərbi zabitlər, Ermənistan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və hərbi attaşeləri iştirak ediblər.

Yarışda Belarus Respublikası silahlı qüvvələrinin komandası üçüncü yeri, Rusiya Federasiyası silahlı qüvvələrinin komandası isə ikinci yeri tutublar. Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin kollektiv komandası “Sülh döyüşçüsü-2022” müsabiqəsinin qalibi olub.

Mükafatçılar kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Tədbir ER Silahlı Qüvvələrinin mahnı və rəqs ansamblının çıxışı ilə yekunlaşıb.

Daha çox göstər
Back to top button