BaşlıcaBeynəlxalq

ABŞ Ermənistana ən azı 60 milyon dollar ayırmaq niyyətindədir

ABŞ Təxsisatlar Komitəsi Dövlət Departamentinin 2023-cü maliyyə ili üzrə Xarici Əməliyyatlar və Əlaqədar proqramlar üçün Təxsisatlar hesabatını təqdim edib.

 Hesabatın Ermənistanla bağlı hissəsində deyilir ki, “Komissiyanın tövsiyəsində Ermənistana iqtisadi inkişaf, özəl sektorun məhsuldarlığı, enerji müstəqilliyi, demokratiya və qanunun aliliyi və digər məqsədlər üçün ən azı 60 milyon dollar vəsaitin ayrılması daxildir”.

Bundan əlavə, ABŞ Təxsisat Komitəsi Dağlıq Qarabağın minalardan təmizlənməsi əməliyyatları üçün də nə az, nə çox, 2 milyon ABŞ dolları ayırır.

Daha çox göstər
Back to top button