ArtsaxBaşlıcaSiyasət

Azərbaycan hakimiyyəti tərəfindən əməkdaşlığın olmaması itkin düşənlərin sayını dəqiq hesablamağı mümkünsüz edir

Ermənistanın Xarici İşlər Nazirliyi Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları (itkin düşmüş şəxslər) Günü münasibətiylə bəyanat yaydı. Bəyanatda qeyd olunur ki, avqust 30-da Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları (itkin düşmüş şəxslər) Günü qeyd olunur.

Bu mürəkkəb cinayət bütün insan hüquqlarını, o cümlədən yaşamaq hüququnu, işgəncəyə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qalmamaq hüququnu, azadlıq və təhlükəsizlik hüququnu, ədalətli məhkəmə araşdırması hüququnu pozur. Beynəlxalq hüquq müəyyən şəraitdə zorla yoxa çıxmağı insanlığa qarşı cinayət hesab edir.

“2020-ci ilin noyabrın 9-da imzalanmış atəşkəsdən sonra Azərbaycan hələ də erməni əsirləri, o cümlədən mülki şəxsləri girov kimi saxlamaqda davam edirr. Birinci və 44 günlük Qarabağ müharibələri nəticəsində yüzlərlə itkin düşmüş və məcburi itkin düşmüş şəxslərin taleyi naməlum olaraq qalır.

Azərbaycan hakimiyyəti tərəfindən əməkdaşlığın olmaması itkin düşənlərin sayını dəqiq hesablamağı, onların taleyi və ya harada olması, hələ də sağ olub-olmaması barədə etibarlı məlumat əldə etməyi mümkünsüz edir.

Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanda erməni girovları haqqında məlumatların verilməsi üçün müvəqqəti tədbirlərin tətbiqi ilə bağlı qərarlarına, eləcə də Beynəlxalq Məhkəmənin 2021-ci il dekabrın 7-də təqdim etdiyi təxirəsalınmaz tədbirlərə məhəl qoymamaqda davam edir. Bu qərarla Azərbaycandan ermənilərə qarşı irqçi və ayrı-seçkilik siyasətinin dayandırılması tələb olunur.

İtkin düşmüş şəxslərin məsələsi güclü siyasi iradə və əməkdaşlıqla siyasiləşdirilməli və həll edilməli olan humanitar prioritetdir. Biz beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağın bütün ərazisinə qeyd-şərtsiz girişin təmin edilməsi üçün məsuliyyəti öz üzərinə götürməyə çağırırıq.

Biz itkin düşənlərin hüquqları üçün mübarizə aparırıq, ədalət uğrunda və bu cinayətin cəzasız qalmasına qarşı mübarizəmizi davam etdiririk. Biz məcburi yoxa çıxma hallarına görə cəzasızlığa son qoymaq üçün təcili çağırışımızı təkrar edirik”,- bəyanatda qeyd olunur.

Daha çox göstər
Back to top button