İctimaiyyət
Həftə ərzində Ermənistanda daha 2124 nəfər koronavirusa yoluxub
Avqustun 20-dən 26-dək Ermənistanda 2124 yeni koronavirusa yoluxma halı təsdiqlənib, 6131 test aparılıb.
Ölkədə 1788 nəfər sağalıb, 7 ölüm halı qeydə alınıb.
Beləliklə, ölkədə ümumilikdə 434 398 koronavirusa yoluxma halı təsdiqlənib, onlardan 421 316 nəfər müalicə olunub.
Ermənistanda ümumilikdə 3 184 464 doza peyvənd vurulub. Bu barədə ER Səhiyyə Nazirliyi məlumat yayıb.