BaşlıcaSiyasət

Şarl Mişel Nikol Paşinyan və İlham Əliyevlə telefon danışıqları barədə məlumat verib

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel öz “Twitter” mikrobloqunda Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışıqları barədə məlumat verib.

“Sabah Brüsseldə keçiriləcək dördüncü görüş ərəfəsində prezident Əliyev və baş nazir Paşinyanla hazırlıq telefon danışıqları oldu”, – deyə Mişel yazıb.

Avqustun 31-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında üçtərəfli görüş keçiriləcək.

Daha çox göstər
Back to top button