Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələsinin həlli Ermənistan və Azərbaycanın ərazi bütövlüyünə hörmətə əsaslanacaq. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova növbəti brifinq zamanı deyib.
Azərbaycanın “news.ru” portalının nümayəndəsinin Türkiyənin ticarət nazirinin müavininin “Zangezur dəhlizi” ilə bağlı Rusiya ilə birbaşa danışıqlara dair bəyanatı ilə bağlı sualını cavablandıran Zaxarova deyib ki, Türkiyə Ticarət Nazirliyinin rusiyalı həmkarları ilə təmasları barədə məlumatı yoxdur və qeyd edib:
“Rusiya Cənubi Qafqazda nəqliyyat kommunikasiyaların qarşısının alınması üçün Bakı və Yerevanla əsaslı işi davam etdirir və işçi qrupu çərçivəsində konkret marşrutlar üzrə paket həllini razılaşdırmaq nəzərdə tutulur ki, bu da Ermənistan və Azərbaycanın ərazi bütövlüyünə hörmətə əsaslanacaq”.