BaşlıcaSiyasət

Müzakirə geniş idi, asan deyil, sadə deyil, mümkün həll yolları da göz qabağında deyil: Paşinyan Əliyevlə Brüsseldə görüşü barədə

ER Baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasının sonunda Azərbaycan prezidenti İlham Əliyevlə dünən Brüsseldə keçirilən görüşə toxunub.

“Müzakirə geniş keçdi, asan deyil. Amma qeyd etmək istəyirəm ki, bizim məqsədlərimiz mənim ictimai çıxışlarımda bəyan etdiyim kimi qalmaqda davam edir və belə də qalmalıdır. Ermənistan Respublikası hökuməti sülh gündəliyini qəbul edib və bu gündəliyi həyata keçirmək üçün bizə qətiyyət lazımdır. Hamımız başa düşməliyik ki, bu, asan deyil, sadə deyil və mümkün həll yolları göz qabağında deyil. Biz ardıcıl olaraq işləməyə davam etməliyik. Düşünürəm ki, həm də xalqımızın arzusudur ki, bir gün bölgəmizdə davamlı və hərtərəfli sülh bərqərar olsun və biz bu problemin həllinə daha çox diqqət yetirməliyik”, – deyə Nikol Paşinyan bildirib.

Daha çox göstər
Back to top button