Başlıcaİctimaiyyət

STARMUS VI festivalının dünya şöhrətli spikerləri Ermənistanda tələbələr və şagirdlər üçün mühazirələr oxuyacaqlar

Sentyabrın 5-10-da Yerevan universitetləri və ER təhsil mərkəzlərində STARMUS VI festivalında iştirak edən natiqlər öz bilik və təcrübələrini bölüşəcək, kainatın sirlərini açacaqlar.

Festivalın ofisinin yaydığı məlumata əsasən, proqram çərçivəsində natiqlər Yerevan Dövlət Universitetində və bir sıra digər universitetlərdə mühazirələr oxuyacaq.

Qeyd olunur ki, təhsil müəssisələrinin tələbələri dünya şöhrətli alimləri, astronavtları, astrofizikləri dinləmək üçün unikal imkan əldə edəcəklər.

Xatırladaq ki, Ermənistanda STARMUS VI elm və incəsənət festivalı “STARMUS VI: Marsda 50 il” başlığı ilə keçiriləcək.

STARMUS festivalı indiyədək Tenerife (Kanar adaları, İspaniya), Norveç və İsveçrədə keçirilib.

Daha çox göstər
Back to top button