BaşlıcaSiyasət

Ekspertlər: “Rusiya müasir müharibə aparmaq qabiliyyətindən və imkanlarından uzaqdır”

Baxmayaraq ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi hələ bitməyib, hərbi əməliyyatların gedişi ekspertlərə ciddi nəticələr çıxarmağa imkan verir.

 Bu barədə “Amerikanın səsi” məlumat yayıb. Vaşinqtondakı Brukinqs İnstitutunda bu yaxınlarda keçirilən müzakirələr zamanı ekspertlər razılaşıblar ki, 21-ci əsrdə Rusiya Ukraynada əslində keçmiş dövrlərin taktikalarından istifadə edir.

Onların arasında Maykl O’Henyon “Vaşinqton Post”un rus ordusunun hərəkətlərini sarkastik qiymətləndirməsi ilə razılaşır:

“Bu, sənaye dövrü müharibəsidir”. Bu gün dünya asanlıqla məhv edilən tankların kütləvi şəkildə istifadə edilməsi, şəhərlərə topların hücumu ilə keçən əsrin ortalarının taktikasını görür.

“Və sizi vuran ilk şey məhv edilən rus zirehli texnikanın miqdarıdır”- deyə ABŞ Dəniz piyadaları korpusunda iyirmi il F-18 pilotu kimi xidmət etmiş təqaüdçü polkovnik Emi Makqrat qeyd edib.

O, xatırladır ki, Ukrayna müharibəsinin cəmi yarım ili ərzində 1500-dən 1900-dək müasir rus tankı, eləcə də daha çox sayda digər zirehli texnika artıq məhv edilib ki, bu da bu silah növünün gələcəyini şübhə altına alır.

Bu gün Birləşmiş Ştatların Dəniz piyadaları korpusu (USMC) 10 illik hərtərəfli yenidənqurmaya başlayır. Dəniz piyadaları korpusunun komendantı general David Berger bu yaxınlarda vahid, inteqrasiya olunmuş Dəniz ekspedisiya qüvvələrini yenidən formalaşdırmaq üçün hazırlanmış bir təşəbbüs olan Force Design 2030-u elan etdi.

 Bu qüvvələr düşmən ərazisində əməliyyatlar aparmaq üçün ucqar yerlərdə köməklik göstərirlər. Maykl O’Hanlon hesab edir ki, dəniz piyadaları səhra artilleriyasından, zirehli texnikadan xilas olacaq və bu gün Ukrayna qüvvələrinin Rusiya infrastrukturuna qarşı istifadə etdiyi sistemlərdən daha çox istifadə edəcək.

Söhbət yüksək dəqiqlikli raket sistemlərindən, hücum dronlarından gedir. “Nəhəng amfibiya gəmilərinin dövrü yəqin ki, bitib. Biz “səpələnmiş” mühitdə işləməyi bacarmalıyıq.

Tank müharibəsi isə bizi getdikcə daha az ruhlandırır” – hərbi ekspertlər deyir. Mütəxəssislərin fikrincə, Dəniz piyadaları korpusunun yeni konsepsiyası bu tip qoşunları ani yanğını harada baş versə, onu tez söndürməyə qadir qüvvə kimi görməyə meyllidir.

Dəniz piyadaları Korpusunun yenidən qurulması “düşmən hesablamalarını” zərərsizləşdirmək və onları tez bir zamanda oyundan çıxarmaq məqsədi daşımalıdır.

General Berger “Washington Post” qəzetinə müsahibəsində belə deyib. Dəniz piyadaları “daim olaraq yenidən yerləşdiriləcək və hərəkətdə olacaq” sahilboyu döyüş bölmələri olacaq, bu da onları aşkar etməyi çətinləşdirəcək.

Və “ağır zirehli maşınlar bu qüvvələr üçün əhəmiyyətini itirəcək. “Bizə dəqiq idarə olunan silahlar, raket artilleriyasının, raketlərin və hava sistemlərinin ən yaxşı kombinasiyası lazımdır”, – deyə general Berger bildirib.

“Böyük, ağır, sürətli manevr edən qüvvələr bəzən nisbətən kiçik, çevik bölmələrlə müqayisədə əlverişsiz vəziyyətdə olurlar. Ukrayna Silahlı qüvvələri uzaq məsafədən yüksək dəqiqliklə zərbə endirmək üçün müxtəlif məlumat toplama üsullarından istifadə etməklə əla iş görür.

Hərbi elm adamları deyirlər ki, bu, ABŞ üçün də nümunədir. “Rusiya Ukraynanın şərqində yavaş-yavaş irəliləmək üçün müharibənin əvvəlində artilleriya qüvvələrindən istifadə edərək kobud güc tətbiq etməyə çalışdı. Bu, sənaye müharibəsi dövrünün hələ bitmədiyinə işarə kimi qiymətləndirilə bilər. Bergerin fikrincə. “Rusiya dinc əhaliyə qarşı hücumlar təşkil edir, şəhərləri yerlə-yeksan edir… Amma Ukrayna silahlı qüvvələrinə dəqiq zərbələr endirmək iqtidarında deyil… Müasir müharibələr belə aparılmır” – deyərək  hərbi ekspertlər qeyd edib

Daha çox göstər
Back to top button