BaşlıcaSiyasət

Nikol Paşinyan Vladivostokda 7-ci Şərq İqtisadi Forumunun plenar iclasında iştirak edəcək

Sentyabrın 7-də ER Baş naziri Nikol Paşinyan Vladivostokda Rusiya Prezidenti Vladimir Putin və digər dövlət başçılarının iştirakı ilə keçiriləcək “Çoxqütblü dünyaya aparan yolda” 7-ci Şərq İqtisadi Forumunun plenar iclasında iştirak edəcəkdir.

Gün ərzində Vladimir Putinin konfransa dəvət olunmuş xarici liderlərlə ikitərəfli görüşləri də nəzərdə tutulub. İkitərəfli və regional gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparılacaq. Bu haqda Kremlin rəsmi saytı məlumatlandırıb.

Mənbənin məlumatına görə, videobağlantı vasitəsilə Myanma, Monqolustan liderləri, Çin parlamentinin rəhbəri, Hindistan və Malayziya liderləri də sessiyada iştirak edəcəklər.

Daha çox göstər
Back to top button