BaşlıcaSiyasət

Ermənistan AB sammitində iştirak etmək üçün dəvət alacaq

Ermənistan Avropa Birliyinin sammitində iştirak etmək üçün dəvət alacaq. Sammit oktyabrın 6-da Praqada keçiriləcək.

Bu haqda “The Guardian” nəşri məlumat yayıb.

Avropa Birliyinə üzv olmayan, lakin vahid bazara inteqrasiya olunmuş İsveçrə və Norveç sammitdə iştiraka dəvət olunacaq.

Moldova, Ukrayna, Gürcüstan, Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Kosovo, Şimali Makedoniya və Serbiya kimi Aİ-yə üzv olmaq istəyən 9 ölkə də dəvət olunacaq.

Bundan əlavə, Azərbaycan da sammitdə iştirak etmək üçün dəvət alacaqdır.

“The Guardian” nəşrinin yazdığına görə, Avropa Şurasının rəhbəri Çarlz Mişel Türkiyəni də sammitə dəvət etmək istəyinin olduğunu, lakin bunun üçün bütün tərəfdaşların razılığının olması lazım olduğunu bildirib. Qeyd olunur ki, Yunanıstan və Kipr Türkiyənin iştirakına qarşıdır.

Daha çox göstər
Back to top button