BaşlıcaSiyasət

Azərbaycan universitetində erməni dili tədris olunacaq

Azərbaycan dövlət İqtisadiyyat universitetində (UNEC) “erməni dili” tədrisinə yenidən başlanacaq.

UNEC-dən bildirilib ki, kursun məqsədi Ermənistan KİV-lərinin nəşrlərini sistemli şəkildə izləmək, analitik materiallar hazırlamaq və erməni mənbələrindən daha dolğun məlumat əldə etməkdir.

Kurslarda UNEC əməkdaşları ilə yanaşı müvafiq potensiala malik dövlət və özəl sektorun tədqiqatçıları da iştirak edə bilərlər.

Dərsliklər oktyabrda başlayacaq.

Daha çox göstər
Back to top button