GIF22 20 ölkədən alimləri Ermənistana gətirəcək
Ermənistan Elm və Texnologiya Fondu (FAST) Qlobal İnnovasiya Forumu (GIF) Yerevanı bu payızda elm və texnologiya müzakirələrinin mərkəzinə çevirmək niyyətindədir. GIF22 oktyabrın 5-6-da Yerevanda keçiriləcək.
İki gün davam edəcək tədbir “Həyatı dəyişdirən texnologiyalar” adı altında süni intellektin çoxsahəli tətbiqləri və onun insan fəaliyyətinə təsirlərinə həsr olunacaq. GIF22 Ermənistanda elm dünyasının aparıcı mütəxəssislərini, iş adamlarını və liderlərini bir araya gətirmək, dünyada innovativ tendensiyaları və ortaya çıxan problemləri müzakirə etmək və həll yollarını göstərmək üçün eksklüziv platformadır.
Bu ilki Qlobal İnnovasiya Forumu süni intellekt texnologiyalarının son illərdə kənd təsərrüfatı, səhiyyə, təhsil, maliyyə və digər sənaye sahələrini necə dəyişdirdiyinə toxunacaq.
Məruzaçilər öz təcrübələrini, uğur və uğursuzluq hekayələrini, texnoloji nailiyyətləri və gələcək inkişaf istiqamətlərini bölüşəcəklər.
Bu il də tədbir zamanı müxtəlif formatlardan istifadə olunacaq. Ənənəvi dərin elmi müzakirələrlə yanaşı, GIF22 zamanı bütün iştirakçıları müzakirəyə cəlb etməyə imkan verən qeyri-rəsmi müzakirə formatı olan Fishbowl sessiyası keçiriləcək.
GIF22-də həm Ermənistandan, həm də dünyanın 20-dən çox ölkəsindən məruzəçilər iştirak edəcək. Tədbirin əsas məruzəçisi Moderna şirkətinin həmtəsisçisi və direktorlar şurasının sədri Nubar Afeyandır. GIF22 Moderna, Flagship Pioneering, AI Fund, McKinsey & Company, AECOM, ABBY, Syniverse Technologies, Dünya Bankının yüksək nümayəndələrini və Silikon Vadisinin aparıcı startaplarını bir araya gətirəcək.