BaşlıcaSiyasət

Aİ nümayəndəsi 5 erməni hərbçinin təhvil verilməsini alqışladı

Avropa İttifaqı (Aİ) Azərbaycan tərəfinin 5 erməni hərbçisinin Ermənistana təhvil verilməsini alqışlayır.

Bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Twitter“də bildirib.

“Liderlərin avqustun 31-də Brüsseldəki görüşündən sonra Azərbaycan tərəfindən saxlanılan beş erməni hərbçisinin azad edilməsi ilə bağlı xəbərini alqışlayırıq”,-deyə Klaar vurğulayıb.

O, bunu əhəmiyyətli humanitar jest adlandırıb və təhvil-təslim prosesinin vasitəçilər olmadan baş tutmasını diqqətəlayiq sayıb.

Daha çox göstər
Back to top button