BaşlıcaSiyasət

ER Baş naziri MQ-nun amerikalı həmsədri ilə görüşdə həmsədrlik prosesinin bərpa olunduğunu vurğuladı

Baş nazir Nikol Paşinyan ATƏT MQ-nun  yeni təyin olunmuş amerikalı həmsədri, Qafqaz üzrə baş məsləhətçi Filip Rikeri qəbul edib.

ER Baş nazirlikdən verilən məlumata görə, Nikol Paşinyan Rikeri məsul vəzifəyə təyin edilməsi münasibətilə təbrik edib və onun regiona səfərini alqışlayıb.

Hökumət rəhbəri DQ münaqişəsinin həlli prosesində Minsk Qrupunun həmsədr dövləti kimi ABŞ-ın mühüm rolunu qeyd edib.

Nikol Paşinyan minsk qrupunun həmsədrliyi  çərçivəsində bərpa olunmasını və Dağlıq Qarabağ probleminin hər bir həlli kontekstində sonuncunun təcrübəsindən istifadə olunmasını mühüm hesab edib.

Həmsöhbətlər müzakirə Dağlıq Qarabağ problemi ilə bağlı bir sıraməsələləri müzakirə ediblər.

44 günlük müharibənin  nəticəsində yaranan problemlərə toxunulub.

Erməni hərbi əsirlərin və digər həbs edilmiş şəxslərin dərhal vətəninə qaytarılması, Azərbaycanın nəzarəti altında olan ərazilərdə erməni mədəniyyət və dini irsinin qorunmasının məhdudlaşdırılması vurğulanıb.

Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi, regional sabitlik və idarəetmə ilə bağlı başqa mövzular ətrafında da fikir mübadiləsi aparılıb.

Daha çox göstər
Back to top button