ArtsaxBaşlıcaMədəniyyət

Stepanakertdə Şuşinin “Varanda” xorunun 30 illik yubileyinə hər olunmuş konsert olub

Sentyabrın 10-da Stepanakertin Mədəniyyət Palatasında “Varanda” uşaq-gənclər xorunun 30 illik yubileyinə həsr olunuş konsert keçirilib.

“Artsakhpress”in müxbirinin verdiyi məlumata görə, konsert zamanı “Varanda” xoru yeni əsərlər təqdim edib. Xorun bədii rəhbəri Zakar Keşişyan qeyd edib ki, repertuara 139 yeni mahnı daxil edilib.

“O mahnıların bir çoxunun premyerası bu gün oldu. Yeni üzvlərlə xor səhnəyə çıxmazdan əvvəl təxminən 31 günlük məşq keçdi. “Varanda” 30 il əvvəl, həyatımızın fırtınalı olduğu, Şuşinin azad edildiyi vaxt yaranıb. O illərdən biz Artsax xalqını şad etmək üçün Artsaxın müxtəlif bölgələrində konsertlər veririk”, – deyə Z. Keşişyan qeyd edib.

Konsertdə Artsax Respublikasının dövlət naziri Artak Beqlaryan, Təhsil, elm, mədəniyyət və idman naziri Anahit Hakobyan, digər rəsmi şəxslər, dəvətlilər, musiqisevər cəmiyyət iştirak edib.

Daha çox göstər
Back to top button