BaşlıcaSiyasət

Suren Papikyan ABŞ Milli Müdafiə universitetində olub

Sentyabrın 8-də ABŞ-a işgüzar səfəri çərçivəsində Ermənistanın Müdafiə naziri Vaşinqtonda Milli Müdafiə universitetində olub və burada universitetin rəhbəri general-leytenant Maykl Pleyn ilə görüşübdür.

Görüş zamanı hərbi təhsil sahəsində əməkdaşlıqla bağlı bir sıra məsələlər müzakirə olunub. Ermənistan Respublikasının Müdafiə naziri Ermənistan Respublikası Müdafiə nazirliyinin Milli Müdafiə Tədqiqat universiteti ilə ABŞ-ın Milli Müdafiə universiteti arasında əməkdaşlığın təkcə müxtəlif kursların təşkili istiqamətində deyil, həmçinin təhsil proqramlarının və tədris metodikasının işlənib hazırlanması istiqamətində inkişaf edir.

General-leytenant Maykl Pleyn də öz növbəsində iki universitet arasında əlaqələrin möhkəmlənməsinə və hərbi təhsil sahəsində əməkdaşlığın miqyasının genişləndirilməsinə töhfə verməyə hazır olduğunu təsdiq edib.

Daha çox göstər
Back to top button