BaşlıcaBeynəlxalq

ABŞ Dövlət katibi Əliyevə hərbi əməliyyatı dayandırmağı tövsüyə edib

ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevi Ermənistana qarşı aparılan hərbi əməliyyatları dayandırmağı tövsüyə edib..

Alınan məlumatına görə, bu haqda ABŞ Dövlət departamentinin mətbuat katibi Ned Prays məlumatlandııb.

O, bildirib ki, dövlət katibi Blinken gecə saatlarında Azərbaycan prezidenti Əliyevlə söhbət edib, Ermənistan-Azərbaycan sərhədində hərbi əməliyyatlar, o cümlədən Ermənistan ərazilərinin atəşə tutulmasından dərin narahatlığını bildirib.

“Dövlət katibi Əliyevi hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb və vurğulayıb ki, Birləşmiş Ştatlar hərbi əməliyyatları dərhal dayandırmağa və Ermənistanla Azərbaycan arasında münaqişənin sülh yolu ilə həllinə çalışır” – deyərək sözçünün yaydığı bəyanatında bildirilib.

Sentyabrın 13-də saat 00:05-də Azərbaycan silahlı qüvvələrinin bölmələri Qoris, Sotk və Cermuk istiqamətində artilleriya və iriçaplı atıcı silahlardan erməni mövqelərini intensiv atəşə tutmağa başlayıb. Düşmən PUA-dan da istifadə edib.

Ermənistan-Azərbaycan sərhədinin bəzi hissələrində saat 18:00-a olan məlumata görə vəziyyət gərgin olaraq qalır. Düşmən xüsusi təyinatlı bölmələrdən istifadə etməklə gün ərzində xüsusilə Nerkin Hand Əl, Verin Şorja, Ardanış və Sotk istiqamətində mövqe irəliləyişini təmin etməyə çalışır.

ER Silahlı qüvvələri qarşıya qoyulan döyüş tapşırıqlarını tam həcmdə yerinə yetirməkdə davam edir. Ermənistan tərəfinin itkiləri ilə bağlı məlumatlar dəqiqləşdirilir.

Hazırda Ermənistan tərəfinin Müdafiə nazirliyi tərəfindən təsdiqlənmiş 49 itkisi var.

Daha çox göstər
Back to top button