BaşlıcaSiyasət

Biz heç kimə Ermənistan ərazisindən dəhliz vermək niyyətində deyilik: Nikol Paşinyan

Azərbaycan 9 noyabr 2020-ci il tarixli bəyanatını dəyişdirərək Ermənistan ərazisindən dəhlizdən danışır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirdi.

“Bizim mövqeyimiz ondan ibarətdir ki, biz heç kimə Ermənistan ərazisindən dəhliz vermək fikrində deyilik, lakin qəbul edirik, həttə Ermənistan ərazisindən keçən yolların açılmasında və blokadadan çıxarılmasında maraqlıyıq. Bu, o məntiqi ilə olmalıdır ki, bütün region ölkələri bu yollardan istifadə edə bilər, o cümlədən Ermənistan, Azərbaycan”, – Paşinyan bildirib.

O xatırladıb ki, 9 noyabr tarixli üçtərəfli bəyanatın 9-cu bəndi yolların blokadadan çıxarılması ilə bağlıdır.

Daha çox göstər
Back to top button