Ermənistan Respublikası Parlamentinin sədri sentyabrın 13-də Azərbaycan silahlı qüvvələrinin Ermənistan Respublikasının ərazisinə intensiv hücumları barədə məlumat verərək beynəlxalq tərəfdaşlara rəsmi müraciət edib. Bu barədə Parlamentin rəsmi saytından öyrənirik.
“Onlar Sotk, Vardenis, Qoris, Kapan, Artaniş, İşxanasər, Cermuk və ona bitişik yaşayış məntəqələri istiqamətində pilotsuz uçuş aparatları və minaatanlardan istifadə etməklə erməni mövqelərini atəşə tuturlar”, – məktublarda xüsusi qeyd olunur.
ER Parlamentinin sədri məlumat verib ki, Azərbaycan qüvvələri mülki infrastrukturu da qəsdən hədəfə alır və onları atəşə tutur.
Alen Simonyan bu həyati vacib məsələnin həlli üçün tədbirlərin görülməsinə və Azərbaycanın bütün regionun sabitliyinə və təhlükəsizliyinə xələl gətirən təcavüzünün dayandırılmasına töhfə verməyə çağırıb.
ER Parlamentinin spikeri rəsmi olaraq Parlamentlərarası İttifaqın prezidenti Duarte Paçeko və baş katibi Martin Çunqonqa, KTMT PA Şurasının sədri Vyaçeslav Volodinə, MDB PA Şurasının sədri Valentina Matvienkoya və Avropa Parlamentinin sədri Roberta Metsolaya müraciət edib.