BaşlıcaSiyasət

Azərbaycanın təcavüzünün bəzi istiqamətlərində qarşılıqlı atışmaların intensivliyi xeyli azalıb: ER MN

ER Müdafiə Nazirliyi sərhəddəki vəziyyətlə bağlı saat 12:00-a olan məlumatı təqdim edib.

Bu gecə Azərbaycan silahlı qüvvələri həm hərbi, həm də mülki infrastrukturu hədəfə alaraq PUA-lardan istifadə edib, səhər saatlarından isə xüsusilə Cermuk və Verin Şorja istiqamətində yerləşən döyüş mövqelərini və sərhədyanı yaşayış məntəqələrini intensiv atəşə tutub. Qarşı tərəfə layiqli cavab verilir. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan brifinq zamanı bildirib.

“Saat 12:00-a olan məlumata görə, qarşı tərəfin təcavüzünün qalan istiqamətlərində qarşılıqlı atışmanın intensivliyi xeyli azalıb”- deyə o bildirib.

Daha çox göstər
Back to top button